Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Artıq birinci mərhələ üzrə müasir standartlara uyğun məskunlaşma üçün 203 fərdi ev inşa olunub və istifadəyə verilib.
Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən işğaldan azad edildikdən sonra ilk açılış edilən kənd Ağdam rayonunun Sarıcalı kəndidir. Bu kənddə məskunlaşma üçün nəzərdə tutulan 203 fərdi ev “6-cı Mərtəbə” Müstəqil Şirkəti tərəfindən inşa edilmişdir.
































