Карьера

Kadr siyasəti

“6-CI MƏRTƏBƏ” MÜSTƏQİL ŞİRKƏTİNİN KADR SİYASƏTİ:

“6-CI MƏRTƏBƏ” MÜSTƏQİL ŞİRKƏTİNİN ƏN BÖYÜK NEMƏTİ – ONUN ƏMKDAŞLARIDIR. ƏMƏKDAŞLARIMIZIN ŞİRKƏTİMİZİN ƏN DƏYƏRLİ YATIRIMI OLMASINA ƏMİNİK. ÇÜNKİ, ŞİRKƏTİN SƏMƏRƏLİ İNKİŞAFI BİRBAŞA ƏMƏKDAŞLARIN SƏMƏRƏLİ İŞİNDƏN ASILIDIR. YAŞINDAN, CİNSİNDƏN, MİLLİYƏTİNDƏN VƏ SOSİAL STATUSUNDAN ASILI OLMAYARAQ, ŞİRKƏTİN HƏR BİR ƏMƏKDAŞI PEŞƏ VƏ KARYER İNKİŞAFI ÜÇÜN BƏRABƏR İMKAN VƏ HÜQUQA MALİKDİR. ŞİRKƏT HƏR BİR İŞÇİYƏ KARYERA VƏ İXTİSAS ARTIRMA ÜÇÜN GENİŞ İMKANLAR YARADIR. “6-CI MƏRTƏBƏ” MÜSTƏQİL ŞİRKƏTİ ÖZ FƏALİYYƏTİNDƏ DAİM ŞƏFFAFLIĞI TƏMİN EDİR. QANUNLARA HÖRMƏT VƏ RİAYƏT EDƏRƏK BUNU HƏR BİR ƏMƏKDAŞDAN TƏLƏB EDİR. ONLARIN XİDMƏTLƏRİNİ OBYEKTİV QİYMƏTLƏNDİRİR VƏ MÜKAFATLANDIRIR. FƏALİYYƏT İSTİQAMƏTİNİ “SƏNAYE VƏ MÜLKİ BİNALARIN, OBYEKT VƏ İNFRASTRUKTURUN TİKİNTİSİ, TƏMİRİ VƏ LAYİHƏLƏNDİRİLMƏSİ” SAHƏSİNDƏ FORMALAŞDIRAN “6-CI MƏRTƏBƏ” MÜSTƏQİL ŞİRKƏTİ ÖZ MİSSİYASINI SİFARİŞÇİLƏRİN İSTƏYİNİ NƏZƏRƏ ALARAQ İŞİN YÜKSƏK KEYFİYYƏTLƏ YERİNƏ YETİRİLMƏSİNDƏ, YALNIZ KEYFİYYƏTLİ MATERİALLARIN İSTİFADƏSİNDƏ VƏ SİFARİŞÇİ İLƏ ETİBARLI TƏRƏFDAŞLIĞIN DOSTLUQ MÜSTƏVİSİNƏ KEÇMƏSİNDƏ GÖRÜR. ÖZ BİLİK VƏ BACARIĞINA GÜVƏNƏN ŞƏXSLƏR CV-ni hr@6-cimertebe.az ELEKTRON ÜNVANINA GÖNDƏRƏ BİLƏRLƏR. TƏŞƏKKÜR EDİRİK!