1994-cü ildə təsis olunan “6-cı Mərtəbə” Müstəqil Şirkəti , 30 illik təcrübəsi ilə Azərbaycan inşaat sektorunun aparıcı şirkətlərindən biridir. Yarandığı vaxtdan etibarən müstəqil olaraq fəaliyyət göstərən şirkətimiz, geniş profilli xidmətləri ilə müxtəlif təyinatlı inşaat obyektlərinin layihələndirilməsi və tikintisi sahəsində ixtisaslaşıb.
Gördüyümüz işlərin nəticəsi olaraq müştərilərimizin ən etibarlı partnyoruyuq. 30 illik fəaliyyət müddətində qazandığımız etibar və nüfuz, bizim hər zaman keyfiyyəti prioritet hesab etməyimizin nəticəsidir. Keyfiyyət bizim ən başlıca məqsədimizdir və bu prinsipə əsasən qurduğumuz iş münasibətləri uzunmüddətli tərəfdaşlıqlara çevrilir.








