Istehsal və təchizat

Şirkətimizin tərkibində mebel, ağac emalı, daş və dəmir materialları müəssisəsi, plastik qapı və pəncərə sistemləri istehsalı müəssisəsi, eyni zamanda İtaliyadan və Almaniyadan gətirilmiş avadanlıqlarla təchiz edilmiş mebel fabriki daxildir. Beynəlxalq standartlara cavab verən mebel fabrikimizdə, modern və klassik üslubda istənilən mebel dəstlərinin, o cümlədən ofis və xəstəxana mebellərinin istehsalı üçün hər cür şərait yaradılmışdır.Şirkətimiz geniş inşaat maşın və avadanlıq parkına malikdir.Bu işlərin hər-biri yüksək ixtisaslı, təcrübəli , peşəkar  memar və mühəndis kadrlarının əməyi sayəsində həyata keçirilir..“6-CI MƏRTƏBƏ” Müstəqil Şirkəti iş həcmindən asılı olmayaraq istənilən inşaat sifarişlərini öz qüvvəsiylə yerinə yetirə biləcək, maddi-texniki bazaya malik peşəkar şirkətdir.