Yeni Gəncə Lokomotiv Deposu

“6-cı mərtəbə” Müstəqil şirkətinin inşa etdiyi Yeni Gəncə lokomotiv deposunun açilışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Depoda “Alstom” şirkətindən sifariş edilən dəyişən cərəyanlı lokomotivlər təmir ediləcək. 40 ədədi dəyişən cərəyanlı yük, 10 ədədi isə ikili (sabit və dəyişən cərəyan) elektrik təchizatı sistemində işləyən sərnişin lokomotivi olmaqla, “Alstom” şirkətindən, ümumilikdə, 50 lokomotiv sifariş edilib. 36 ədəd yük və 10 ədəd sərnişin lokomotivi artıq Azərbaycana gətirilib.

“Depo ərazisinin sahəsi 45000 kvadratmetr, o cümlədən təmir sexlərinin sahəsi 2800 kvadratmetr, anbar binasının sahəsi 1 181 kvadratmetr, maşinist heyəti binasının sahəsi 800 kvadratmetr, ofis binasının sahəsi isə 568 kvadratmetr təşkil edir. Əsas təmir zonasında eyni vaxtda 6 lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur. Yeni depo sifariş edilmiş bütün dəyişən cərəyanlı lokomotivlərə fasiləsiz olaraq texniki xidmət göstərmək qabiliyyətindədir,” - deyə mətbuat katibi bildirib.

Depo ABŞ, Almaniya, Birləşmiş Krallıq, Hollandiya, İtaliya, Türkiyə, Cənubi Koreya, Çin, Rusiya və bir sıra digər ölkələrin istehsalı olan müasir avadanlıq və cihazlarla təchiz edilib. Həmçinin depo ərazisində 350 ədəd günəş paneli quraşdırılıb ki, bu da enerjiyə olan tələbatın bir hissəsini qarşılamaq imkanı yaradır.

Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İşçilərin rahatlığı üçün duş və soyunub-geyinmə otaqları, yeməkxana, iclas, təlim və digər ofis otaqları inşa edilib.

Yeni Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və daşımaların fasiləsiz təmin olunmasına imkan yaradacaq.

Layihə Haqqında

Kateqoriya:
  • Servis
Müştəri: -
Yerləşmə: Gəncə
Sahə: 32767 m2
Tamamlanıb: 2022

Əlaqə

Bakı şəh., K.Səfərəliyeva küç. 64

(+994 12) 499 78 60

(+994 12) 499 78 61

office@6-cimertebe.az

(+994 12) 499 78 66

B.E. – Şən. : 9:00 – 18:00