Istehsal və təchizat

Şirkət obyektlərdə apardığı tikinti işlərini şirkətin tabeliyində olan digər istehsalat sahələrinin vasitəsiylə həyata keçirir. Adı çəkilən istehsalat sahəsi daş və dəmir sexləri, habelə mebəl fabriki ilə təchiz edilmişdir. Burada sifarişçilərin istəyi və zövqünə uyğun mebəl dəstləri, obyektlərin təmiri, bərpası və tikintisi üçün təbii daş və metaldan geniş çeşidli üzlük və memarlıq elementləri hazırlanır.

“6-CI MƏRTƏBƏ” şirkətinin plastik materiallardan hazırlanan qapı və pəncərə sexi də var.

Sözsüz ki, bu işlərin hamısı yüksək ixtisaslı, təcrübəli memar və mühəndis kadrlarının müşayəti ilə aparılır.

Şirkətin tabeçiliyinə həmçinin xaricdən gətirilən eksklüziv oboy, keramika və santexnika materiallarının satışını təşkil edən salonlar da daxildir.

Şirkətin nəzdində daha bir mebel fabriki yaradılmışdır ki, bu fabrikdə İtaliyadan gətirilmiş sənaye avadanlıqları ilə təchiz edilmişdir. Burada Avropa standartlarına cavab verə bilən, müasir dəblə ayaqlaşan istənilən mebel dəstlərinin istehsalı üçün hər cür şərait vardır.

Bakı şəhəri yaxınlığında Sumqayıt şəhərində şirkərtin özünə məxsus beton istehsalı sahəsi də fəaliyyət göstərir ki, onun vasitəsilə şirkət apardığı tikinti işlərini keyfiyyətli beton məhsulları ilə təmin edir.

Şirkət üzərinə götürdüyü tikinti işlərini tam həcmdə yerinə yetirmək üçün kifayət qədər maşın-mexanizm, texnika və istehsal vasitəsi bazasına malikdir.