Dəmir Yolları Deposu

Azərbaycanda dəmir yolu nəqliyyatının yenidən qurulması istiqamətində aparılan işlərin davamı kimi   “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə  “6-cı Mərtəbə -Azərelektrikşəbəkətikinti – AzVirt” Birgə müəssisəsi tərəfindən inşa ediləcək , “Gəncədə təmir Deposunun yenidən qurulması üçün yekun dizayn və tikinti işləri, elektrik yarımstansiyasının inşası, siqnallaşdırma işləri, dəmir yolunun tikintisi və kontakt şəbəkənin quraşdırılması” obyektinə dair Kontrakt imzalanmışdır. Cari ilin mart ayından etibarən həmin Birgə müəsisə tərəfindən obyektin tikintisinə başlanılmışdır.

     Deponun inşasında məqsəd , ALSTOM şirkətindən alınacaq 50 ədəd elektrovozun istismarı zamanı onlara göstəriləcək iki xidmət yerindən biri kimi  Gəncə  Yeni Lokomotiv Deposunun (GLD) 2019-cu ilin sonunda istismara verməkdir ( digəri Biləcəridə tikilir). GLD -da elektrovozlarla yanaşı Gəncə zonasında yerləşən teplovozlara da xidmət göstərilməsi nəzərdə tutulur. 

   Tikinti ərazisi 6,6 ha, tikiləcək dəmiryolu xətti 4076 metrdir. Depoda ; əsas təmir sexi, təkəryonma sexi, anbar binası, sürtgü yağları anbarı və yanacaqdoldurma sahəsi , qumdoldurma məntəqəsi,  ikimrətəbəli inzibati bina , açıq anbarlar və avtodayanacaqlar inşa ediləcək.

Layihə Haqqında

Kateqoriya:
  • Servis
Müştəri: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Yerləşmə: Gəncə
Sahə: 6 m2
Tamamlanıb: 2019

Əlaqə

Bakı şəh., K.Səfərəliyeva küç. 12

(+994 12) 499 78 60

(+994 12) 499 78 61

office@6-cimertebe.az

(+994 12) 499 78 66

B.E. – Şən. : 9:00 – 18:00