Man Service

“6-cı mərtəbə” Müstəqil Şirkəti tərəfindən 2010 – 2011 illərdə inşa olunmuş “Man Service”.

 «İmprotex» qrupun mühüm və sürətlə inkişaf edən strukturlarından biri olan «Improtex Trucks and Buses» şirkətin əsası 2005-ci ildə qoyulmuş və «MAN Truck and Bus» AG-nin rəsmi idxalçı kimi fəaliyyətə başlamışdır. Kommersiya avtomobilləri bazarında xüsusi mövqəyə sahib olan «Improtex Trucks and Buses» müxtəlif məqsədlə üçün avtomobillər idxal edir: inşaat, uzun məsafələrə daşıma, qida malları daşıyıcı, yanacaq daşıyan avtomobillər, nəqliyyat həlləri, kommunal avtomobillər, yanğınsöndürənlər, ağırtonnajlı nəqliyyat vasitələri və s. Xüsusi ilə özünüboşaldan texnikaların yerli bazarda tanıtımı,onların satışının və texniki servis imkanlarının genişləndirilməsində fəal iştrak edir. Bundan başqa «Improtex Trucks and Buses» şirkəti tərəfindən “MAN” və “Neoplan” markalı regional və şəhər tipli avtobusların satışı və texniki servis xidməti həyata keçirilir. Şirkət həmçinin “Bobcat” , “Terex” , “Dulevo” kimi dünya brendlərinin Azərbaycanda rəsmi təmsilçisidir.

 Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 15-də yerləşən «Imprtotex Trucks and Buses» şirkətində işləyən personalın sayı 100 nəfər çatır. Mərkəz 4 hektar ərazidə inşa edilmişdir və 11 000 m2-dən çox sahəyə məxsus administrativ binaya sahibdir. Bununla «Improtex Trucks and Buses» MDB məkanında analoqu olmayan ən böyük satış və servis mərkəzi sayılır. Əsas sahələr:

 Sergi salonu – 1300 m2

Ofis sahəsi – 6700 m2

Tam təchiz olunmuş servis mərkəzi – 2000 m2

Ehtiyat hissələri – 1100 m2

İTB-nin servis mərkəzi öz sertifikatlaşdırılmış və təcrübəli texniki baxış heyəti, 24/7 mobil servisi, kabinanın sənaye üsulu ilə rənglənməsi də daxil olmaqla dünyada tanınmış istehsalçılarının “A” klass servis avadanlıqları ilə geniş imkanlara malikdir. Öz növbəsində «Improtex Trucks and Buses» şirkəti öz müştərilərinə aşağıdakı xidmətləri təklif edir:

 

  • “MAN” markalı özünüboşaldan və sudaşıyan avtomobillərin, həmçinin tikinti sektoru üçün nəzərdə tutulmüş ekskavator, traktor buldozer və bu kimi ağır texnikaların icarəsi
  • Tikinti sektoru üçün qazma və daşıma işlərinin görülməsi
  • Kommersiya avtomobilləri və ağır texnikalara mobil servis xidmətinin göstərilməsi
  • Bütün nəqliyyat vasitələrinin əsasən də özünüboşaldan, yük maşınları və digər ağır texnikalar üçün avto-yuma xidməti

Layihə Haqqında

Kateqoriya:
  • Servis
Müştəri: Improtex Trucks and Buses
Yerləşmə: Baku
Sahə: 11000 m2
Tamamlanıb: 2011

Əlaqə

Bakı şəh., K.Səfərəliyeva küç. 64

(+994 12) 499 78 60

(+994 12) 499 78 61

office@6-cimertebe.az

(+994 12) 499 78 66

B.E. – Şən. : 9:00 – 18:00