Haqqımızda

Şirkətimiz 1994-cü ildə təsis edilmişdir. "6-cı Mərtəbə" şirkəti yarandığı vaxtdan etibarən Azərbaycan inşaat sektorunda fəaliyyət göstərən müstəqil şirkətdir. Geniş profilli olaraq "6-cı Mərtəbə" şirkəti müxtəlif təyinatlı istənilən inşaat obyektlərinin layihələndirilməsi və tikintisi üzrə ixtisaslaşmışdır.

Sənaye və mülki tikinti obyektlərinin layihələndirilməsi və inşası

Layihələrin idarə olunması
Memarlıq və tikinti layihələndirilməsi
İnteryer və eksteryerlərin layihələndirilməsi
Yenidənqurma, bərpa və təmir layihələri
Mühəndis və texnoloji sistemlərin layihələndirilməsi və quraşdırılması

Fəaliyyət göstərdiyi dövr ərzində tikinti, layihələndirmə və yenidənqurma, mühəndis və texnoloji sistemlərin layihələndirilməsi və quraşdırılması işlərini uğurla həyata keçirmişdir.

“6-CI MƏRTƏBƏ” şirkəti ölkəmizdə mövcud olan ən müasir və geniş profilli inşaat şirkətlərindən biridir. Şirkətimizin tərəfdaşları ilə olan əlaqəsi inam, etibarlılıq, əminlik və dayanıqlıq üzərinə qurulub ki, bu da gördüyümüz işlərdə hər zaman öz müsbət təsirini göstərir.